Gürcüstanda daha 78 nəfər koronavirusdan ölüb

11:58 - 30 Avqust 2021 - DÜNYA

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 915 yeni yoluxma halı təsdiqlənib, 5 929 nəfər müalicə olunaraq sağalıb, 78 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 545 033 nəfərdə aşkarlanıb. Onların 488 661-i sağalıb, 7 329-u isə dünyasını dəyişib.///report

Xəbər xətti