“OBA Market” dava: satıcı döyüldü

11:54 - 30 Avqust 2021 - HADİSƏ

“OBA Market”də müştəri ilə satıcı arasında dava düşüb.

Bakupost.az xəbər verir ki, hadisə dünən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “OBA Market”də baş verib.

Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əmrah Mirzəyev marketdə döyülüb.

Ə.Mirzəyev polisə müraciətində bildirib ki, onu döyən şəxs müştəri qismində marketə daxil olan Əlibəy Ağayevdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti