Azərbaycanda çörək sexində partlayış - Ölən var

00:51 - 30 Avqust 2021 - HADİSƏ

Şirvanda çörək sexində partlayış baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb. Partlayış nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil. ///APA

Xəbər xətti