Goranboyda azyaşlı uşağı it dişləyib

00:50 - 30 Avqust 2021 - HADİSƏ

Goranboy rayonunda it 3 yaşlı uşağa xəsarət yetirib.

Hadisə rayonun Nizami kəndində baş verib. 2018-ci il təvəllüdlü Fərəcova Nuranə Tofiq qızını it dişləyib.

Xəstəxanaya yerləşdirilən uşağa tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Xəbər xətti