İmişlidə “QAZel” aşdı, xəsarət alan var

23:23 - 29 Avqust 2021 - HADİSƏ

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Bəhramtəpə qəsəbəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Əhmədov Emin Əliqardaş oğlu müxtəlif xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır. ///report

Xəbər xətti