Salyanda gənc oğlan Kür çayında boğulub

21:59 - 29 Avqust 2021 - HADİSƏ

Salyanda gənc oğlan Kür çayında batıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti