Gəncədə 25 yaşlı oğlan bıçaqlanıb

18:43 - 29 Avqust 2021 - HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1996-cı il təvəllüdlü Əmrahov Elnur Elman oğlu çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb və əməliyyat edilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti