Bakıda mənzildə qadın meyiti aşkarlanıb

08:57 - 29 Avqust 2021 - HADİSƏ

Bakı şəhərinin Nizami rayonunda mənzildə qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Danilova Marina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti