Samuxda avtomobil piyadanı vuraraq öldürüb 

19:49 - 28 Avqust 2021 - HADİSƏ

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Çobanabdallıda qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti