Egey dənizində yük gəmisi batıb

17:36 - 28 Avqust 2021 - HADİSƏ

Egey dənizinin cənub-qərb hissəsində yük gəmisi batıb.

Trend-in məlumatına görə, qəzaya uğrayan gəmidə 16 heyət üzvü olub. Aparılan xilasetmə işləri nəticəsində onları xilas etmək mümkün olub.

Qeyd olunur ki, Toqo bayrağı altında üzən gəmi Ukraynadan Tunisə buğda aparırdı.

Gəminin batmasının səbəbəri ilə bağlı araşdırma aparılır.

Xəbər xətti