Masallıda ər arvadına 15 bıçaq zərbəsi vurub

13:00 - 28 Avqust 2021 - HADİSƏ

Masallı rayonunda 20 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Xıl kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti