CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 71,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.