Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

10:02 - 28 Avqust 2021 - HADİSƏ

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”da olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti