Türkiyə hərbçilərinin növbəti qrupu Əfqanıstandan ölkəyə qayıdıb

16:04 - 27 Avqust 2021 - DÜNYA

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi davam edir, hərbçilərin növbəti qrupu ölkəyə qayıdıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabaddan havaya qalxan və içərisində türkiyəli hərbçilərin olduğu təyyarə Ankaraya enib.

Qeyd edək ki, ötən gün hərbçilərin ilk qrupu (345 hərbçi) Əfqanıstandan Türkiyəyə qayıdıb.

Xəbər xətti