"Qızılağac Milli Parkında yanğın başlayıb" - Nazirlik

15:38 - 27 Avqust 2021 - HADİSƏ

"Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib".

Bu barədə Ucnoqta.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

"Hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar", - o, bildirib.

Xəbər xətti