Kabildəki partlayışlar nəticəsində ölənlərin sayı 110-a çatıb

14:15 - 27 Avqust 2021 - DÜNYA

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin ümumi sayı 110 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd edək ki, dünən Kabildə silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Xəbər xətti