Hacıqabulda yol qəzası olub - bir ailənin üç üzvü xəsarət alıb

10:49 - 27 Avqust 2021 - HADİSƏ

Hacıqabulda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində Göyçay rayon sakinləri və bir ailənin üç üzvü olan 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizami qızı, onun övladları, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlu və 1983-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti