Əfqanıstanın Kabil şəhərində bu gün 3-cü partlayış törədilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.
“Hürriyyət” qəzetin məlumatına görə, üçüncü partlayışda ölənlər və yaralılar var.
Hər 3 partlayışda ümumi olaraq, 25 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir.
Kabildə olan ABŞ ordusunun isə 4 hərbçisi ölüb, 3-ü yaralanıb.
ABŞ mediasının məlumatına görə, ilk partlayış İŞİD terrorçusunun təxliyə gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.