Sabah Göygöl rayonunun bir hissəsində suyun verilməsində fasilələr olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, 7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl sukanal sahəsində Kürəkçay suqəbuledici mənbədə güclü yağışlar nəticəsində çayda bulanıqlıq yaranıb.
Bu səbəbdən suyun təxliyyəsinə başlanıldığı üçün suyun verilişində fasilələr yaranacaq.