Məşhur diktor koronaya yoluxdu

17:55 - 26 Avqust 2021 - HADİSƏ

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.

Ucnoqta.az xəbər verir ki, bu barədə teleaparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Z.Hacıyevanın vəziyyəti ağırdır:
“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.

Hazırda Züleyxa Hacıyevanın 97 yaşı var.

Xəbər xətti