Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarılıb

13:18 - 26 Avqust 2021 - HADİSƏ

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti