İsmayıllıda "Ford" markalı sərnişin mikroavtobusu yanıb - Video

23:43 - 25 Avqust 2021 - HADİSƏ

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə rayonun "Günəşli" yaşayış massivində hərəkətdə olan 99-BR-278 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun mühərrik hissəsində qısa qapanma zamanı baş verən yanğın avtomobilin salonuna keçib.

Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti