Sumqayıtda dənizdə azyaşlı batıb

17:58 - 25 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinə Sumqayıtda dənizdə azyaşlının batması barədə məlumat daxil olub

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti