Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

""Qarabağ"a qarşı dəli kimi oynayaram" - Mahir Emreli

"Legiya"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində "Slaviya" (Praqa) klubuna qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında iştirak edərək, jurnalistlərin suallarını cavablandırıb.

Media nümayəndələri hücumçumuzu sual yağışına tutublar. Artıq Polşa dilində müəyyən qədər öyrənən, ingiliscəsini daha da yaxşılaşdıran Mahirin həmkarlarımızla söhbəti səmimi alınıb. Onun mətbuat konfransındakı fikirlərini təqdim edirik: 

- "Slaviya"yla səfər oyununda vurduğum qolu Tomaş Pekhartla qeyd etmək istədim, amma bunu öncədən planlaşdırmamışdım. Həm bizim, həm də Tomaş üçün əhəmiyyətli bir oyun idi. Keçmiş klubu ilə həmin matçda oynamaq istəyirdi. Zədəsi üzündən meydana çıxa bilmədi, mən onun üzündəki kədəri gördüm. Onu başa düşürəm. "Legiya" sabah "Qarabağ" la qarşılaşsa, mən də keçmiş komandama qarşı dəli kimi oynamaq istərdim. Tomaş sabah oynasa, bunu normal qarşılayacağam. Məşqçinin qərarını başa düşəcəyəm, çünki komandanın yaxşılığı önəmlidir.

- Anlayıram ki, hücumçu qol vurmalıdır, amma fikrimcə, bu, həmişə ən vacib şey deyil. Ən əsası komandamın qələbəsidir. Olivie Jiru Dünya Çempionatında qol vurmadı, amma Fransa titulu qazandı və o, milli komandası üçün əsas fiqur oldu. Fikrimcə, bugünkü futbolda hücumçunun vəzifələri qol vurmaqla bitmir, baxmayaraq ki, qollar çox vacibdir.

- Məşqçi yanımda oturanda taktika haqqında danışmaq mənim üçün çətindir (gülür). Yeni vəziyyətləri, yeni parametrləri öyrənməyə çalışıram. Məşqçi məni hara qoysa, orada oynayacam. Hər məşq zamanı taktika öyrənirik və hər həftə özümüzü daha yaxşı hiss edirik.

- Varşava və Polşa mahnılarını çox sevirəm, xüsusən Lady Pank (gülür). "Qarabağ"da oynayanda Yakub Jezniçakla dost idim. Hər karaokedə “Kryzysową narzeczoną”nı oxuduğu üçün bu mahnını onun sayəsində öyrəndim (gülür). Komandadakı hər kəs burada özümü yaxşı hiss etdiyimi görə bilər. Varşavada səmimi insanlar çoxdur. Özümü burda əla hiss edirəm. 

- Azərbaycan çempionatında yalnız bir rəqibimiz var idi. Polşada hər matç ağır keçir. Müdafiəçilər aqressiv oynayır, hər top üçün mübarizə aparırlar, fiziki cəhətdən çox hazırlıqlıdırlar. İndi kimin ölkə çempionu olacağını söyləmək çətindir, ekstraklassa çox rəqabətli bir yarışdır. 

Tarix
25 Avqust 2021 [17:30]
Müəllif
Üç nöqtə
2021-08-25 17:30:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin