Bakıda avtomatla gəzən şəxs saxlanıldı

14:04 - 25 Avqust 2021 - HADİSƏ

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Suraxanı dəmir yolu stansiyasının ərazisində əməliyyat tədbiri keçirib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.İslamov saxlanılıb. Ondan nömrəsi silinmiş “AKM” markalı avtomat götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti