Ağacları kəsən şəxs 2800 manat cərimələndi

15:28 - 25 Avqust 2021 - HADİSƏ

Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Ucnoqta.az xəbər verir ki, Xidmət rəsmisi Ramal Bağırov bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov  tərəfindən kəsildiyi müəyyən edilib. 

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib.

Xəbər xətti