Azərbaycan neftinin qiyməti 3 faizə qədər artıb.
“Azeri Light” markalı neftin bir bareli 2 ABŞ dolları və ya 2,94 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 70,12 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.