Tanınmış ekstrasens intihar etdi - Foto

11:33 - 25 Avqust 2021 - HADİSƏ

Moskvada oteldə tanınmış ekstrasens Dardo Kustonun cəsədi tapılıb.

Ucnoqta.az xəbər verir ki, ilkin araşdırmalara görə, onun bədənində xəsarət izləri var. Onun özünə qəsd etdiyi ehtimal edilir. Polis digər versiyaları da nəzərdən keçirir. Məlumata görə, 44 yaşlı ekstrasens bir neçə gün imiş oteldə qalırmış. Onun intihar etdiyi otağa baxış zamanı divarda qanla yazılmış mesaj diqqəti çəkib: "Fərqi yoxdur, mən yaşayacağam".

Qeyd edək ki, Dardo Kusto bir sıra şoularda iştirak edib.///kanal.az


Xəbər xətti