Talibandan daha bir QADAĞA

08:57 - 25 Avqust 2021 - DÜNYA

Taliban hərəkatı Əfqanıstan vətəndaşlarına xaricə dollar və tarixi əşyaların aparılmasını qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qruplaşmanın Tvitter hesabında məlumat yayılıb.

"Bütün vətəndaşlara bildiririk ki, dollar və əntiq əşyaların hər hansı yolla ölkədən çıxarılması qəti qadağandır. Əgər bu şeylər kiminsə üzərində tapılarsa, dərhal müsadirə ediləcək və sahibləri cəzalandırılacaq”, - deyə bildirilib.///axar.az

Xəbər xətti