Göygöldə ahıl kişi özünü asıb - YENİLƏNİB

09:15 - 25 Avqust 2021 - HADİSƏ

Göygöl rayonunun Xaqani küçəsində intihar edən kişinin şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, bu, yerli sakin, 1938-ci il təvəllüdlü Famil Musayevdir.

 

Qeyd edək ki, o, yaşadığı evin həyətində, özünü nərdivandan asaraq intihar edib.

İntiharın səbəbləri araşdırılır.

08:32

Göygöldə intihar hadisəsi qeydə alınıb.

Hadisə rayonun Xaqani kəndində qeydə alınıb. Kənd sakini olan ahıl kişi (ad və soyad dəqiqləşdirilir-red) yaşadığı evin həyətində, nərdivandan özünü asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti