Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

22:17 - 24 Avqust 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində 293 037 nəfərin COVID-19 testi yoxlanılıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 19 191 nəfər təşkil edib.

Son sutka ərzində 230 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 15 373 nəfərə çatdığı bildirilib.

Xəbər xətti