Xızıda yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlanıb - Foto

19:30 - 24 Avqust 2021 - HADİSƏ

Xızıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şakir Şıxaliyev COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

Ş.Şıxaliyev barəsində Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti