Azərbaycanda qadını döyüb 800 manat aldılar

19:14 - 24 Avqust 2021 - HADİSƏ

Tərtərdə quldurluq hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Tərtər RPŞ-yə avqustun 23-də bir nəfərin şəhər sakini Ə.Nazarovanı döyüb 800 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən həmyerlisi S.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti