Rza Məmmədov vəfat edib

11:24 - 24 Avqust 2021 - HADİSƏ

"Kəpəz" klubunun sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Gəncə təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Rza Məmmədov 1990-cı illərin sonlarında əyalət təmsilçisinin prezidenti olub. "Kəpəz" onun dönəmində 1997/1998 mövsümündə ölkə kubokunun, 1998/1999 mövsümündə isə çempionatın qalibi olub.

Xəbər xətti