Yasamalda 59 yaşlı kişinin meyiti aşkarlanıb

08:56 - 24 Avqust 2021 - HADİSƏ

Bakıda mənzildə meyit aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyini "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti