Mingəçevir su anbarında gənc batıb - YENİLƏNİB

19:15 - 23 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdə 24 yaşlı oğlanın su anbarında batması barədə məlumat yayıb.

Ucnoqta.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

18:38

Mingəçevir su anbarında çimən gənc batıb.

APA-nın məlumatına görə, hadisə anbarın qeyri-çimərlik ərazisində baş verib.
Şəki sakini olduğu deyilən 21 yaşlı gənc çimərkən batıb. Dalğıc-axtarış qrupu meyiti çıxararaq aidiyyatı üzrə təhvil verib.
Onun kimliyi dəqiqləşdirilir.

 

Xəbər xətti