Ağdaşda zəncirvari qəza olub, xəsarət alanlar var

17:32 - 23 Avqust 2021 - HADİSƏ

Bakı-Qazax yolunda zəncirvari yol qəzası baş verib.

Hadisə magistralın Ağdaş rayonu ərazisindən keçən hissəsində, Ləki qəsəbəsi ərazisində baş verib. “Ford” markalı sərnişin mikroavtobusu və iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. Xəsarət alanların bir qisminə yerindəcə tibbi yardım göstərilib, bir qismi isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti