Kürdəmirdə traktor kanala aşıb, xəsarət alanlar var

15:00 - 23 Avqust 2021 - HADİSƏ

Kürdəmirdə traktorun kanala aşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Kürdəmirin Türkədi kəndində qeydə alınıb. Ot yığan traktorun kanala aşması nəticəsində Türkədi kənd sakini, 2010-cu il təvəllüdlü Kərimov Məhərrəm Kərim oğlu və Kürdəmir sakini, 1965-ci il təvəllüdlü Şahbazov Mehdi Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti