Azərbaycanda kartof istehsalı artıb

11:42 - 23 Avqust 2021 - ÖLKƏ İÇİ

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı təsərrüfatlarda 650,1 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 6,3% artıb.

Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,6% azdır.

Bununla yanaşı, cari ilin ilk yeddi ayında kartof yığımında məhsuldarlıq 187 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 6 sentner və ya 3,4% çoxdur.

Xəbər xətti