Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.
Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərin Silifke bölgəsində sərnişin avtobusu dərəyə yuvarlanıb.
Məlumata görə, Antalyadan Qaziantep şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb.
Əraziyə təcili yardım və jandarm cəlb edilib. Yaralalıların həyatı üçün təhlükə olmadığı bildirilir.