Şabranda 12 yaşlı yeniyetmə zəhərlənib

23:40 - 22 Avqust 2021 - HADİSƏ

Şabranda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin N.Nağıyev küçəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Osman Cəlal oğlu Vəliyev sirkə turşusundan zəhərlənib. O, Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınlarının bildirdiyinə görə, yeniyetmə sirkə turşusunu səhvən içib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti