İmişlidə 66 yaşlı kişini avtomobil vurub

21:46 - 22 Avqust 2021 - HADİSƏ

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli şəhərində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil Yalavac kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlunu vurub.

Piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti