Saatlıda ev yanıb - bir nəfər xəsarət alıb

15:53 - 22 Avqust 2021 - HADİSƏ

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti