Xətaidə 80 yaşlı kişi yol qəzasında xəsarət alıb

09:21 - 22 Avqust 2021 - HADİSƏ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1941-ci il təvəllüdlü Əliyev Binnət İbrahim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti