Dünyada koronavirusa yoluxanların sayı 212 milyonu keçib
07:53 - 22 Avqust 2021 - DÜNYA
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 212,2 milyonu ötüb.
“Report” “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 212 023 749 yoluxma aşkarlanıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 434 370 nəfərə çatıb. Virusa yoluxan 189 682 813 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.