“ABŞ-ın sanksiyalarına cavab sərt olacaq” - Mariya Zaxarova

19:36 - 21 Avqust 2021 - DÜNYA

“ABŞ -ın Rusiya müxalifətinin lideri Aleksey Navalnıy ətrafında yaranmış vəziyyətlə əlaqədar təxribatları rəsmi Vaşinqtonun reallıqla hesablaşmaq istəmədiyini göstərir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyaya təzyiq göstərmək faydasızdır, sanksiyalara cavab sərt və adekvat olacaq.

Diplomat qeyd edib ki, rəsmi Moskva “Şimal axını-2” qaz kəməri və “Navalnı işi” ilə əlaqədar ABŞ -ın yeni sanksiyalarının tətbiqini rəsmi Vaşinqtonun ikitərəfli münasibətləri tərəfdaşlıq əsasında qurmaq üçün siyasi iradəsinin olmaması hesab edir.///report

Xəbər xətti