Azərbaycanda tələbənin asılmış meyiti tapıldı

17:52 - 21 Avqust 2021 - HADİSƏ

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Hadisə Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan birinci kurs tələbəsi F.Allahverdiyev özünü yaşadığı evin həyətində üzüm talvarından asıb.

Faktla bağlı araşdırma aparılır./// oxu24.com

 

Xəbər xətti