Bakının mərkəzində ev qarət olundu

17:43 - 21 Avqust 2021 - HADİSƏ

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonu ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən E.Allahverdiyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Xəbər xətti