Sabirabadda ər arvadını, qayınatasını və özünü öldürüb

08:52 - 21 Avqust 2021 - HADİSƏ

Sabirabadda güllələnmə hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Əsgərbəyli kəndində qeydə alınıb. Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb. İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti