Bakıda mənzildə meyit tapılıb

21:37 - 20 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Ucnoqta.az-a FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Əhmədov Rauf Ağababa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti